Türkiyənin xarici işlər naziri Qəzzaya gedir

Türkiyənin xarici işlər naziri Qəzzaya gedir
# 19 noyabr 2012 15:16 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Misirdə səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu noyabrın 20-də İsrail tərəfindən şiddətli bombardmana məruz qalan Qəzza sektoruna səfər edəcək. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, səfər Ərəb Ölkələri Liqasının təşəbbüsü çərçivəsində gerçəkləşəcək. Səfər çərçivəsində Ə. Davudoğlu HAMAS lideri Xaled Məşal ilə görüşəcək.

Misirə səfər çərçivəsində isə Ə. Davudoğlu öz misirli həmkarı Məhəmməd Kamil Amr və Qətərin baş naziri Xamad bin Cəsim ilə görüş keçirib və ABŞ dövlət katibi Hillari Klinton ilə telefon danışığı aparıb. Danışıqları əsas müzakirə mövzusu Qəzzada yaranmış durum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR