Azərbaycanda avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb

Azərbaycanda avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb
# 17 dekabr 2012 10:14 (UTC +04:00)

Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində dünyasını dəyişən şəxs 64 yaşlı Zəkiyyə Bəydəmirovadır.


Xəsarət alanların isə 39 yaşlı Aygün Mahmudova, 23 yaşlı Fərid Ələkbərov, 36 yaşlı Qətibə Həsənova, 63 yaşlı Məmmədov Məhəmməd, 23 yaşlı Feyziyeva Əsmər, 31 yaşlı Zəribəyli Baba və 50 yaşlı Əli Qarayev olduğu bildirilir.

Qeyd edək ki, məlum hadisə bu gün saat 10.00 radələrində Qobu qəsəbəsi yaxınlığında qeydə alınıb. Qobu qəsəbəsindən Bakı şəhəri istiqamətində hərəkət edən 153 saylı marşrut avtobusu yoldan çıxaraq aşıb. İlkin məlumata görə, qəzaya yolun buz bağlaması səbəb olub.


Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR