Azərbaycandan Türkiyəyə yumurta ixrac edən şirkətlər xüsusi sertifikat almalıdır

Azərbaycandan Türkiyəyə yumurta ixrac edən şirkətlər xüsusi sertifikat almalıdır
# 26 dekabr 2012 14:56 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ilin fevral ayından etibarən Azərbaycandan Türkiyəyə yumurta ixrac edən şirkətlər Türkiyə Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyindən müvafiq sertifikat almalı olacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, Türkiyənin 5996 saylı Baytarlıq Xidmətləri, Bitki Sağlamlığı, Qida və Yem Qanunu çərçivəsində Türkiyə Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi Türkiyəyə insanların istifadə etməsi məqsədilə ixrac olunan yumurta məhsuluna görə 2013-cü il fevralın 1-dən etibarən baytarlıq sertifikatı tələb edəcək.

«Beləliklə, yerli ixracatçı şirkətlərimiz Türkiyəyə yumurta ixrac edərkən sözügedən Nazirlikdən mütləq qaydada baytarlıq sertifikatı almalıdır», - deyə Azpromo-dan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR