İran “S-200” raket-zenit kompleksini sınaqdan keçirib - FOTO

İran “S-200” raket-zenit kompleksini sınaqdan keçirib - <span style="color: red;">FOTO
# 14 noyabr 2012 16:35 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran “Vilayət-4” hava hücumundan müdafiə manevri çərçivəsində “S-200” raket-zenit kompleksini sınaqdan keçirib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın “Xatəmul Ənbiya” Hava Hücumundan Müdafiə Qərargahının komandanı, general-polkovnik Fərzad İsmaili açıqlama verib.

Onun sözlərinə görə, yerli mütəxəssislər tərəfindən dizayn və istehsal edilmiş sisteminin sınağı müvəffəqiyyətli olub: “S-200” raket hücumundan müdafiə sistemi strateji təyyarələr və yarı ballistik raketləri vurmaq üçün istehsal olunub. Kompleks hədəfləri yüksək dəqiqliklə vurmaq xüsusiyyətinə malikdir. Sistem taktiki əməliyyatlar zamanı istifadə oluna bilər”.

Qeyd edək ki, noyabrın 12-də İranın cənubunda və şərqində, 850 min kvadrat kilometrlik ərazidə geniş hərbi təlimlər başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR