Azərbaycanda girov kreditorun sərəncamına məhkəməsiz keçəcək

Azərbaycanda girov kreditorun sərəncamına məhkəməsiz keçəcək
# 10 dekabr 2012 09:45 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə açıqlamasında qanunun müəlliflərindən olan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda Rəqabətlilik və Ticarət Layihəsinin baş hüquqşünası Leyla Məmmədova bildirib.

«Təklifimiz budur ki, təminatlı əqdlər sistemi kimi sadə proses üçün məhkəmə proseduraları kifayət qədər ağır olduğuna görə burada sadələşdirmə aparaq. Çünki bu gün qanunvericilikdə nəzərdə tutulan müflisləşmə proseduraları inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun gəlmir. Əgər Azərbaycan bu sahəni inkişaf etdirmək istəyirsə yenilikləri nəzərə almalıdır. O cümlədən, kreditlər üzrə öhdəliklərin ödənilməsi üzrə proseduralar da sadələşdirilməlidir», - deyə L.Məmmədova vurğulayıb.

Qeyd edək ki, adı çəkilən qanun layihəsinin qəbulundan sonra dəyişiklik olunacaq əsas sahələr Mülki Məcəllə və müflisləşmə qanunvericiliyidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR