Azərbaycan ərazisində havanın temperaturu 4-6 dərəcə düşəcək

Azərbaycan ərazisində havanın temperaturu 4-6 dərəcə düşəcək
# 07 dekabr 2012 10:50 (UTC +04:00)

Səhər saatlarında zəif duman olacağı,axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində isə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 7-10, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşam şimal-qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 8-də nisbətən sabit, mülayim hava şəraiti davam edəcək. 9-10-da isə şimal küləyinin arabir güclənəcəyi, temperaturun ötən günlərə nisbətən 4-6 dərəcə aşağı enəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR