Bir qrup Nobel mükafatçısı Bəşər Əsədi istefaya çağırıb

Bir qrup Nobel mükafatçısı Bəşər Əsədi istefaya çağırıb
# 10 dekabr 2012 15:35 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı-APA. Bir qrup “Nobel” mükafatçısı Suriya lideri Bəşər Əsədə açıq məktub yazıb. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, açıq məktubu hazırlayan “Nobel” mükafatçıları türkiyəli yazar Orxan Pamuk, israilli yazar David Grossman, İtalyan yazar Claudio Magris, Əlcəzairli yazar Bualem Sansal, alman yazar Martin Valser və alman əsilli fransız ictimai siyasi xadim Alfred Grosserdur.

Yazarlar yazdıqları məktubla Bəşər Əsədin istefaya getməsini istəyiblər. Suriyanın gündən-günə yox olduğunun ifadə edildiyi məktubda, BMT-nin zərərçəkən xalqa yardım göstərmədiyi bildirilib. Əlcəzair, İraq, Liviya, Yəmən və Bəhreyndə baş verənlərin Suriyada daha gərgin və vəhşicəsinə yaşandığı qeyd olunan məktubda bildirilib ki, Əsədin Rusiya və Çin kimi ölkələrdən dəstəklənməsi rəsmi Dəməşq tərəfindən atılan addımların qanuni olması demək deyil: “Tez və ya gec Suriya xalqı və beynəlxalq hüquq qarşısında bunun cavabını vermək məcburiyyətində qalacaqsınız”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR