Kürdəmirdə qatı duman zəncirvari avtomobil qəzasına səbəb olub, xəsarət alanlar var

Kürdəmirdə qatı duman zəncirvari avtomobil qəzasına səbəb olub, xəsarət alanlar var
# 01 dekabr 2012 21:36 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov-APA. Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsindəki qatı duman nəqliyyatın hərəkətinə böyük maneələr törədib, ötən 2 saat ərzində yolun eyni ərazisində ikinci hadisə, zəncirvari avtomobil qəzası baş verib. APA-nın məlumatına görə hadisə bu gün axşam saat 22:30 radələrində yolun 209-cu kilometrliyində, Qarabucaq kəndi ərazisində qeydə alınıb. Məlumata görə 25-BE-372 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik maşını, 18-BD-072 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını və nömrə nişanı olmayan “VAZ 2106” markalı digər minik maşını bir-biri ilə toqquşub. Zəncirvari hadisə zamanı avtomobillərin sürücüləri yüngül xəsarətlər alıblar. Hadisəyə bir neçə saatdır ki, həmin əraziyə çökən qatı duman səbəb olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR