Azərbaycanın bölgələrində yeni poçt filialları açılacaq

Azərbaycanın bölgələrində yeni poçt filialları açılacaq
# 23 noyabr 2012 08:31 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC tərəfindən 6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə ölkənin müxtəlif regionlarında yeni poçt şöbələri istifadəyə veriləcək.


Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, peşə bayramı münasibətilə hazırlanan tədbirlər planına uyğun olaraq İmişli Regional Poçt Filialının (RPF) Məmmədli, Qızılkənd, Lənkəran RPF-nin Sütəmurov, Gərmətük kənd poçt şöbələri ən yeni avadanlıqlarla, mebel dəstləri ilə təmin edilməklə sakinlərin istifadəsinə veriləcək.


Qeyd edək ki, hazırda «Azərpoçt» MMC nəhəng xidmət şəbəkəsinə malik olmaqla 1 500-dən çox poçt şöbəsi vasitəsilə əhaliyə xidmət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR