MDB Müdafiə Nazirləri Şurasının iclası başa çatıb

MDB Müdafiə Nazirləri Şurasının iclası başa çatıb
# 11 dekabr 2012 11:58 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. MDB üzvü olan ölkələrin Müdafiə Nazirləri Şurası hərbi əməkdaşlığın inkişafına dair öhdəliyi təsdiq edib.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, Şuranın sədri, Rusiyanın müdafiə naziri Sergey Şoyqu jurnalistlərə bildirib ki, iclas zamanı müdafiə sahəsinə aid olan 26 sənəd müzakirə olunub.

İştirakçılar 2012-ci ildə Şuranın işçi orqanlarının fəaliyyətini müzakirə edərək qənaətbəxş sayıblar, 2013-cü il üçün yeni planı təsdiqləyiblər.

Bundan başqa, metroloji təminatın təkmilləşdirilməsi üzrə birgə işlərin proqramı təsdiqlənib, “Vahid arxivlərarası soraqça”nın hazırlanması razılaşdırılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR