Dağıstanda FTX əməkdaşı öldürülüb

Dağıstanda FTX əməkdaşı öldürülüb
# 13 noyabr 2012 23:16 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Xasavyurt şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı öldürülüb.

APA-nın verdiyi xəbərə görə, Dağıstan İstintaq Komitəsindən İnterfaks agentliyinə bildiriblər ki, naməlum şəxslər FTX-nın regional idarəsinin əməkdaşını odlu silahdan öldürüblər və onun avtomobilində - Lada Prora ilə hadisə yerindən qaçıblar.

Hadisə yerində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR