Biləcəridə baş verən partlayışda xəsarət alanların daha biri dünyasını dəyişib

Biləcəridə baş verən partlayışda xəsarət alanların daha biri dünyasını dəyişib
# 13 dekabr 2012 13:41 (UTC +04:00)

Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, dekabrın 7-də Biləcəridə baş verən partlayış zamanı yaralanaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 1962-ci il təvəllüdlü Qələm Məmmədova aldığı xəsarətdən dekabrın 12-də dünyasını dəyişib.

Qeyd edək ki, məlum hadisə dekabrın 7-də Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində fəaliyyət göstərən çörəkbişirmə sexində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 1000 kvadratmetr olan çörəkbişirmə sexinin qazanxanasında partlayış olub, sex və ona bitişik tikili zədələnib. 1 nəfər – 1978-ci il təvəllüdlü Xalidə Yunis qızı Ələsgərova ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alan şəxslər xəstəxanaya aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR