Senator Riçard Luqar: “ABŞ-ın artan qaz ehtiyatlarından Avropadakı tərəfdaşları da yararlanmalıdır”

Senator Riçard Luqar: “ABŞ-ın artan qaz ehtiyatlarından Avropadakı tərəfdaşları da yararlanmalıdır”
# 12 dekabr 2012 08:48 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ Konqresi ölkənin artmaqda olan qaz ehtiyatlarından Avropa tərəfdaşlarının yararlanmasına dəstək verməlidir. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Respublikaçılar Partiyasından olan senator Riçard Luqar bildirib.

Bu barədə yeni qanun qəbul olunmasını təklif edən senator qeyd edib ki, bu fəaliyyət kritik regionda enerji təhlükəsizliyini artıracaq. Onun sözlərinə görə, qanun layihəsi ABŞ-ın NATO tərəfdaşlarına kömək etmək maraqlarını irəli sürərək onların Rusiyadan, Türkiyənin isə İrandan enerji asılılığını ləğv edəcək.

R.Luqarın sözlərinə görə, ABŞ-ın artan qaz ehtiyatları Avropada qaz təminatını artıracaq, lakin Azərbaycandan Türkiyə və Avropaya qaz ixrac edəcək “Şimal dəhlizi” qaz kəmərinə ehtiyacı azaltmayacaq. Çünki Mərkəzi Asiyadan qaz tədarükü daha ucuz başa gəlir.

Senator həmçinin qeyd edib ki, Rusiya öz növbəsində “Cənub axını” qaz kəməri layihəsini irəli sürüb və ötən həftə kəmərin təməlqoyma mərasimi baş tutub: “Bu layihə Rusiyanın Avropadakı maraqlarını müdafiə edə bilər, lakin ABŞ “Şimal dəhlizi”nin inkişafında əsas diplomatik açar olaraq qalır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR