“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində sensasion məqamlar yer alıb - YENİLƏNİB

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində sensasion məqamlar yer alıb - <span style="color: red;">YENİLƏNİB
# 29 noyabr 2012 09:48 (UTC +04:00)

Bakı. Pərvin Abbasov - APA. Milli Məclisdə (MM) hazırlanmış “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin adı dəyişdirilib. APA-nın xəbərin görə, bu barədə MM-in Sosial siyasət komitəsinin iclasında məlumat verilib. Layihə “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun adlandırılıb.

Layihəyə bir sıra ciddi dəyişikliklər də edilib. Ciddi dəyişikliklər analıq hüququ və sonsuzluğun müalicəsi ilə bağlıdır. Layihəsinin 10-cu maddəsinə əsasən, sonsuzluğun müalicəsi zamanı vətəndaş tətbiqi qadağan edilməyən, həmçinin beynəlxalq praktikada geniş istifadə edilən köməkçi reproduktiv texnologiyalardan istifadə etməklə sonsuzluğun bütün növlərinin müalicə hüququna malikdir.

Sonsuzluğun aradan qaldırılmasında donorluq məsələsi də əksini tapıb. Belə ki, donor 35 yaşadək kişi və qadın ola bilər. Donor xidmətindən istifadə edən ailə donorun milliyyəti, təhsili, peşəsi, xarici görkəmi barədə məlumat almaq hüququna malikdir. Donorluq müqavilə əsasında həyata keçirilir və bir şəxs yalnız 5 ailə üçün donor ola bilər.

Layihədə əsasən, ekstrakorporal mayalanma və embrionun köçürülməsi ilə bağlı məsələlər də əksini tapıb.

Bundan başqa, layihədə göstərilib ki, tibbi müdaxilə zamanı çıxarılan cinsi vəzilər (onların hissəsi) yalnız pasiyentin razılığı olduqda saxlanıla və istifadə oluna bilər.

Müzakirənin sonunda layihə MM-in plenar iclasına tövsiyə olunmayıb. Sənədin yenidən işlənməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR