«Unibank»ın təmsilçisi «MilliKart»ın Direktorlar Şurasının sədri seçilib

«Unibank»ın təmsilçisi «MilliKart»ın Direktorlar Şurasının sədri seçilib
# 27 dekabr 2012 12:37 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin İdarə Heyətinin sədr müavini, pərakəndə bank xidmətləri üzrə direktor Xalid Əhədov «MilliKart» MMC-nin Direktorlar Şurasının sədri seçilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, əsas məqsədi Azərbaycanda nağdsız əməliyyatların sürətli inkişafının dəstəklənməsi olan «MilliKart» MMC bu istiqamətdə üzv banklara daha rahat və keyfiyyətli xidmətlərin göstərilməsini təmin edir.

Qeyd edək ki, 2006-cı ilin oktyabrında fəaliyyətə başlayan «MilliKart» Prosesinq Mərkəzi 18 bank tərəfindən nizamnamə kapitalı 4 mln. manat olmaqla təsis edilib, sonradan təsisçilərin sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (10%) da daxil olub, nizamnamə kapitalı isə 5 mln. manata çatdırılıb.

Hazırda «MilliKart»da 11 bank xidmət olunur. Həmin banklar tərəfindən 250 mindən artıq ödəniş kartları emissiya edilib, 330-dan artıq bankomat və 7 mindən artıq POS-terminal quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR