Bakı-Qazax yolunda avtomobil dərəyə aşıb, xəsarət alan var

Bakı-Qazax yolunda avtomobil dərəyə aşıb, xəsarət alan var
# 01 iyun 2015 06:59 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonu Bakı-Qazax magistral avtomobil yolunun 60-cı kilometrliyində “Nissan” markalı minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bir nəfər sərnişin deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər sərnişini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:36-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR