Kanadada Alim Qasımovun “Sama-e Rast Muğam rəqsi” adlı konserti təşkil olunacaq

Kanadada Alim Qasımovun “Sama-e Rast Muğam rəqsi” adlı konserti təşkil olunacaq
# 19 noyabr 2012 19:54 (UTC +04:00)

Bakı-APA. Dekabrın 21-də Kanadanın Toronto şəhərində Muğam – Beynəlxalq Festivalı çərçivəsində Azərbaycanın görkəmli muğam ustası, dünya şöhrətli musiqiçi Alim Qasımovun “Sama-e Rast Muğam rəqsi” adlı konserti təşkil olunacaq. Bu barədə APA Azərbaycanın Kanadadakı səfirliyinə istinadən məlumat verir. Konsert çərçivəsində Torontoda yaşayan həmyerlimiz Saşar Zarifin rəhbərlik etdiyi rəqs qrupu iştirak edəcək.

Sözügedən festival Kanadanın və Ontario əyalətinin İncəsənət Şuraları və Ağaxan Muzeyinin himayəsi və Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin dəstəyi ilə təşkil ediləcək. Festivalın məqsədi zəngin Azərbaycan muğam ənənələrini Kanadada təbliğ etməkdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR