Moskva aeroportlarından Bakıya ləngiyən aviareyslər tədricən yerinə yetirilir - İCMAL

Moskva aeroportlarından Bakıya ləngiyən aviareyslər tədricən yerinə yetirilir   - <span style="color: red;">İCMAL
# 29 noyabr 2012 08:45 (UTC +04:00)

Heydər Əliyev Beynəlxalq Aeroportdan «APA-Economics»ə verilən məlumata görə, «Vnukovo» aeroportundan 745 saylı Moskva-Bakı aviareysi üzrə uçuş saat 10:55-də yerinə yetirilməli idi ki, hazırda bu aviareys üzrə ləngimə yaranıb: «Bu aviareys üzrə hərəkət edəcək təyyarə cədvəl üzrə saat 14:10-da Bakıya enməlidir və saat 15:10-da əks istiqamətdə havaya qalxmalıdır. Hələlik aviareysin nə vaxt yerinə yetiriləcəyi barədə heç bir xəbər yoxdur».

Qeyd edək ki, ötən gün güclü qar yağması nəticəsində Moskvanın «Domodedovo» aeroportundan 73 aviareys, o cümlədən Bakı, Sankt-Peterburq, Minsk və Novosibirsk şəhərlərinə reyslər ləngiyib. Sonradan təyyarələrin bir hissəsi ləngimə ilə olsa da havaya qalxıb. Nəticədə, «Azərbaycan Hava Yolları» (AZAL) QSC-nin 853 saylı Moskva («Domodedovo»)-Bakı marşrutu ilə uçan təyyarə Bakıya nəzərdə tutulduğu kimi gecə saat 02:05-də deyil, səhər saat 05:00-da enib. Artıq ləngimə aradan qaldırılıb və bu gün saat 10:40-da 852 saylı Bakı-Moskva (Domodedovo) reysi cədvəl üzrə yerinə yetirilib.

Xatırladaq ki, Moskvada dünən günortadan başlayan güclü qar yağması nəticəsində Rusiya paytaxtındakı digər aeroportlardan da uçuşlara təsir edib – dünən «Vnukovo» aeroportundan da onlarla reys təxirə salınıb.

Bu gün həmçinin Moskvanın «Domodedovo» və «Şeremetyevo» aeroportlarından AZAL, «Aeroflot» və «Sibirskiye avialinii» şirkətlərinin Bakıya aviareysləri yerinə yetirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR