QAT “Qarabağ debatları: hərb və ya sülh yolu” mövzusunda münaqişədən sonrakı vəziyyətə dair üçüncü debat keçirib

QAT “Qarabağ debatları: hərb və ya sülh yolu” mövzusunda münaqişədən sonrakı vəziyyətə dair üçüncü debat keçirib
# 05 dekabr 2012 11:09 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) “Qarabağ debatları: hərb və ya sülh yolu” mövzusunda münaqişədən sonrakı vəziyyətə dair üçüncü debat keçirib. APA-nın məlumatına görə, QAT sədri Akif Nağı deyib ki, Dağlıq Qarabağda yaşayan ermənilərin statusu ilə bağlı məsələnin danışıqlarda ön plana keçirilməsi düzgün deyil: “Azərbaycan ilk gündən status məsələsinin müzakirəsinə imkan verməməliydi. Status məsələsinin qabardılması işğal məsələsini ikinci plana atıb. Bu məsələ konkret olaraq hərb yolu ilə həll olunmalıdır”.

Məsələnin hərbi yolu ilə həllinin tərəfdarı olmayan politoloq Zərdüşt Əlizadə isə bildirib ki, hazırkı məqamda problemin güc yolu ilə həllinə Azərbaycanın imkanı çatmır.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov münaqişənin hərbi yolla həllinin tərəfdarı olmaqla yanaşı, münaqişədən sonrakı dövr barədə indidən proqnoz verilməsinin düzgün olmadığını söyləyib.

Hərbi psixoloq Azad İsazadə qeyd edib ki, ermənilər azərbaycanlıların sayının getdikcə artdığından xəbərdardırlar və münaqişədən sonra Dağlıq Qarabağdakı demoqrafik vəziyyətin onların əleyhinə olacağını da yaxşı bilirlər. Bu səbəbdən də azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasının tərəfdarı deyillər.

İslam Partiyasının sədr müavini Hacı Rövşən Əhmədlinin fikrincə, əvvəlcə münaqişə həll edilməli, bundan sonra vəziyyətə uyğun olaraq proses davam etdirilməlidir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR