Prezident İlham Əliyev “Qaya” otelinin açılışında iştirak edib, “Şahdağ Resort SPA” otelində aparılan tikinti işlərinin gedişi ilə tanış olub - FOTOSESSİYA

Prezident İlham Əliyev “Qaya” otelinin açılışında iştirak edib, “Şahdağ Resort SPA” otelində aparılan tikinti işlərinin gedişi ilə tanış olub   - <span style="color: red;">FOTOSESSİYA
# 20 dekabr 2012 22:26 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib ki, üçmərtəbəli oteldə xüsusi avtomobil dayanacağı yaradılıb. Burada turistlərin istifadəsinə 26 nömrə veriləcək. Oteldə restoran və fitnes mərkəzi də fəaliyyət göstərəcək. Bu oteldə yaradılan yüksək şərait Şahdağ qış-yay turizm kompleksinin əhəmiyyətini daha da artırır. Digər tərəfdən də bu, ərazidə həyata keçirilən işlərin miqyasını göstərir.

Diqqətə çatdırılıb ki, layihənin növbəti mərhələləri çərçivəsində yeni kanat yolları salınacaq, qolf meydançası, müxtəlif klublar, kiçik mehmanxanalar, pansionat, Şahdağ Gənclər Mərkəzi, digər otellər inşa olunacaq, ərazidə at ferması fəaliyyət göstərəcək.

Bildirilib ki, Şahdağ qış-yay turizm kompleksinin birinci mərhələsi üzrə tikinti işləri dövlət tərəfindən maliyyələşdirilir. Tikintiyə nəzarəti Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Şahdağ qış-yay turizm kompleksinin müdiriyyəti həyata keçirir. Kompleksin inşasının növbəti mərhələlərində özəl sektorun da yaxından iştirakı nəzərdə tutulub.

Prezident İlham Əliyev xizəklə sürüşüb, xanımı Mehriban Əliyeva isə motorlu xizəkdə gəzib.

Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ Resort SPA” otelində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Məlumat verilib ki, geniş əraziyə malik bu oteldə turistlərin istirahəti üçün bütün lazımi şərait yaradılacaq. Oteldə ümumilikdə 173 otaq olacaq ki, bunlardan 8-i lüks, üçü isə VİP otaqlardır. Oteldə 8 restoran, üç iclas zalı olacaq.

Diqqətə çatdırılıb ki, 1825 kvadratmetrlik SPA mərkəzindən əlavə, oteldə fitnes, türk hamamı, masaj otaqları da yaradılacaqdır. Burada tikinti işlərinin 70 faizi artıq başa çatdırılıb.

Dövlətimizin başçısı növbəti mərhələdə həyata keçiriləcək tədbirlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR