Məcburi köçkün borc üstündə qətlə yetirilib

Məcburi köçkün borc üstündə qətlə yetirilib
# 14 noyabr 2012 07:09 (UTC +04:00)

Bu barədə APA-ya Sumqayıt şəhər Prokurorluğundan bildirilib.

Hadisə Sumqayıt şəhəri, 15-ci məhəllə adlanan ərazidə qeydə alınıb. Füzuli rayonundan olan məcburi köçkün, 44 yaşlı Arif Hüseynov həmyerlisi, 52 yaşlı Maarif Mehdixanovu bıçaqlayaraq qətlə yetirib. Qətli törədən A. Hüseynov hadisə yerindən qaçsa da, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.

Qətlin borc pul üstündə törədildiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR