Dağıstan polisi iranlı jurnalistləri saxlayıb

Dağıstan polisi iranlı jurnalistləri saxlayıb
# 24 noyabr 2012 11:42 (UTC +04:00)

Dərbənd. Telman Tahirli - APA. Dağıstanın Dərbənd şəhərində yerli hüquq-mühafizə orqanlarının əməkdaşları İranın «Press TV» telekanalının çəkiliş qrupunu saxlayıblar. APA-nın Dağıstandakı bürosu xəbər verdiyi kimi, iranlı media işçiləri Dərbəndə Aşura günü ilə bağlı şəhərdə keçirilən mərasimlərin çəkilişinə gəliblər. Çəkiliş qrupunun üzvləri yerli polis tərəfindən şəxsiyyətlərinin müəyyənləşdirilməsi məqsədilə saxlanılıblar. Dərbəndin Cümə məscidinin axundu işə qarışandan sonra iranlı çəkiliş qrupunun üzvləri sərbəst buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR