İranın Şərqi Azərbaycan vilayətində yenə zəlzələ oldu

İranın Şərqi Azərbaycan vilayətində yenə  zəlzələ oldu
# 23 dekabr 2012 15:56 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranın Şərqi Azərbaycan vilayətinin Təsuc şəhərində bu gün yerli vaxtla saat 10:09-da zəlzələ baş verib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, Rixter şkalası ilə 4.8 bal gücündə olan zəlzələ yerin 16 km dərinliyində baş verib.

Yeraltı təkanlar Təbrizdə və başqa yaxın şəhərlərdə də hiss edilib.

Agentliyin yaydığı xəbərə görə, hadisə nəticəsində heç bir mal və can itkisi olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR