AMEA doktoranturada təhsil alanların təqaüdləri ilə bağlı ölkə prezidentinə müraciət edəcək

AMEA doktoranturada təhsil alanların təqaüdləri ilə bağlı ölkə prezidentinə müraciət edəcək
# 04 dekabr 2012 10:55 (UTC +04:00)

Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, müraciətin mətni artıq hazırlanıb və yaxın günlərdə göndəriləcək: “Müraciətdə doktoranturada təhsil alanların təqaüdlərinin “Təhsil qanunu” və “Doktoranturaya qəbul qaydaları”na uyğunlaşdırılması xahiş olunacaq. Prezidentin aspirantların təqaüdləri ilə əlaqədar sərəncamı var. Doktorantura pilləsi yaradılanda fəlsəfə doktoru proqramı üzrə doktorantların təqaüdləri əvvəlki aspirantların təqaüdlərinə bərabər tutuldu. Elmlər doktoru proqramı üzrə doktoranturada təhsil alanların təqaüd məsələsi isə açıq qalıb. Müraciətdə elmlər doktoru və fəlsəfə doktoru proqramlarının hər biri üzrə doktorantların təqaüdlərinin müəyyən edilməsi əks olunacaq”.

Qeyd edək ki, AMEA elmlər doktoru proqramı üzrə doktoranturada təhsil alanların təqaüdləri ilə bağlı Nazirlər Kabinetinə bu ilin mart ayında müraciət edib. Müraciətdə elmlər doktoru proqramı üzrə qəbul ilk dəfə həyata keçirildiyindən bu proqram üzrə təhsil alanların təqaüdlərinin məbləğinin dəqiqləşdirilməsinə ehtiyac olduğu vurğulanıb. AMEA-nın müraciətində həmçinin elmlər doktoru proqramı üzrə doktoranturada təhsil alanlara 300 manat təqaüd verilməsi təklif edilib. Doktoranturada təhsil bu ilin yanvar ayında başlayıb. Təqaüdün məbləği indiyədək təsdiqlənmədiyindən elmlər doktoru proqramı üzrə təhsil alan doktorantlar bu günə qədər təqaüd ala bilməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR