Rəcəb Tayyib Ərdoğan: «İranda kimin söz sahibi olduğu məlum deyil»

Rəcəb Tayyib Ərdoğan: «İranda kimin söz sahibi olduğu məlum deyil»
# 22 dekabr 2012 12:47 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. «İranda kimin nə danışdığı və kimin söz sahibi olduğu məlum deyil». APA-nın məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İran rəsmilərinin NATO-nun Türkiyə-Suriya sərhədinə yerləşdirəcəyi «Patriot» raketləri ilə bağlı açıqlamalarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Türkiyə öz qərarını özü verir: «İran rəsmilərinin açıqlamalarını lazımsız hesab edirəm. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Həsən Firuzabadinin kimin adından danışdığı məlum deyil. Çünki biz İran prezidenti ilə danışdığımız zaman «o öz düşüncələrini dilə gətirib, bizim elə bir fikrimiz yoxdur», - deyə cavab verir. Ancaq sonra görürsünüz ki, İranın digər bir rəsmisi çıxıb başqa bir şey danışır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR