Rusiyalı politoloq: “Rusiya-Azərbaycan münasibətlərində Qəbələ RLS-dən daha əhəmiyyətli mövzular var”

Rusiyalı politoloq: “Rusiya-Azərbaycan münasibətlərində Qəbələ RLS-dən daha əhəmiyyətli mövzular var”
# 12 dekabr 2012 23:52 (UTC +04:00)

Bakı-APA. “Rusiya-Azərbaycan münasibətlərində Qəbələ RLS mövzusundan daha əhəmiyyətli mövzular var. Lakin, şübhəsiz, indi elə bir məqamdır ki, hər iki tərəf prioritetləri müəyyən etməli və ən yüksək səviyyədə ikitərəfli münasibətlərin gələcək inkişaf strategiyasını müzakirə etməlidir. Bir daha qeyd edim ki, Qəbələ RLS gündəmdə olan məsələlərdən yalnız biridir”. APA-nın məlumatına görə, bu fikri jurnalistlərin Qəbələ RLS-nın fəaliyyəti dayandırılması və bu faktın ikitərəfli münasibətlərə ola biləcək təsiri ilə bağlı suallarını şərh edərkən rusiyalı politoloq Aleksey Vlasov bildirib.

Politoloq həmçinin qeyd edib ki, Qəbələ RLS-i iki dövlətin hərbi-texniki sahədə olan əməkdaşlığın bir növ rəmzi olub. “Bu mənada, şübhəsiz, hər iki tərəf müəyyən imic xarakterli itkilərlə üzləşir. Burada dərhal “kim günahkardır?” sualı və yaxud “Moskva və Bakı arasında ikitərəfli münasibətlər kəskin soyuyacaq” tipli sərt proqnozlar vermək nəyə lazımdır? Hələlik bizə yalnız bir şey məlumdur – danışıqlarda tərəflər arasında lazımi razılıq səviyyəsi əldə olunmayıb, lakin, bu məsələnin müzakirə prosesi hələlik gündəmdən çıxarılmayıb. Hətta bunu Rusiya-Azərbaycan dialoqunun geniş kontekstindən qoparmaq da olmaz. Buna görə mənim proqnozum belədir – Vladimir Putin və İlham Əliyev arasında görüşdən sonra prezidentlər Qəbələ RLS-nın gələcək taleyi ilə bağlı son versiyanı elan edəcək. Amma bu bütün digər mövzulardan ayrı olan bir məsələ olmayacaq. O, Rusiya-Azərbaycan strateji tərəfdaşlığın ümumi kontekstindən kənara çıxmayacaq.

Fikrimi yekunlaşdıraraq qeyd edim: mən fikirləşmirəm ki, bu Moskva və Bakı arasında olan böhranın göstəricisidir. Bəli, müəyyən problemlər var, amma onlar hər zaman olub, və bu bütün ciddi tərəfdaşlar arasında münasibətlərdə müşahidə olunur. Çünki aydındır ki, təmas nöqtələri çox olduqca daha çox məsələləri razılaşdırmaq lazım gəlir. Hər bir razılaşdırma isə hər birimizə lazım olan vaxt və səbr tələb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR