Strateji Araşdırmalar Mərkəzinin direktoru: “Qəbələ RLS-lə bağlı qərar siyasi mahiyyət daşımır”

Strateji Araşdırmalar Mərkəzinin direktoru: “Qəbələ RLS-lə bağlı qərar siyasi mahiyyət daşımır”
# 15 dekabr 2012 12:31 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. “Qəbələ RLS-lə bağlı qərar siyasi mahiyyət daşımır, sadəcə, Azərbaycan öz maraqlarından çıxış edib”. APA-nın məlumatına görə bunu Bakı Ali Neft Məktəbində oxuduğu məruzədə Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib.

F.Məmmədovun fikrincə, Qəbələ RLS-dən başqa məqsədlər üçün istifadə olunmayacaq: “Ölkəmiz, ümumiyyətlə, Qəbələ RLS-in istifadəsini məqbul sayır. Amma kiminsə bu RLS-dən istifadəsi bizim turizm strategiyasına xələl gətirirsə və buna görə cəmi 7 mln. dollar pul verilirsə, bu doğru deyil. O ki qaldı stansiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istifadəsinə, deməliyəm ki, bu qurğu çox böyükdür və bizə o qədər də lazım deyil. Biz onsuz da bilirik ki, Dağlıq Qarabağ ərazisi üzərindən nə uçur, hansı pilotsuz uçan aparatlar və digər texnoloji qurğular var və s. Biz bunları öncədən müəyyən edib, onların qarşısını ala bilirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR