Yaponiya öz sülhməramlı kontingentini Qolan yüksəklərindən çıxaracaq

Yaponiya öz sülhməramlı kontingentini Qolan yüksəklərindən çıxaracaq
# 21 dekabr 2012 04:52 (UTC +04:00)

Bakı-APA. Yaponiya hökuməti öz hərbiçilərini Qolan yüksəklərində yerləşdirilən BMT-nin sülhməramlı kontingenti tərkibindən çıxaracaq.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Tokionun bu qərarı Suriyada gərginliyin artması ilə bağlıdır.

BMT-nin sülhməramlı kontingenti Qolan yüksəklərində 1974-cü ildən Suriya və İsrail arasında atəşkəs rejiminə riayət olunmasına nəzarət edir. Yaponiya sülhməramlıları bu kontingentə 1996-cı ildə daxil edilib.

Rəsmi Tokio bildirib ki, demilitarizasiya olunan ərazi yaxınlığında Suriya ordusu ilə üsyançılar arasında şiddətli toqquşmalar baş verir. Oradakı vəziyyət BMT-nin nəzarətindən çıxmaq üzrədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR