Metropolitendə Polis İdarəsinin rəisinin köməkçisi yol qəzasında ölüb - YENİLƏNİB -1

Metropolitendə Polis İdarəsinin rəisinin köməkçisi yol qəzasında ölüb - <span style="color: red;">YENİLƏNİB -1
# 18 dekabr 2012 09:43 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xətai rayonunda “Mercedes” markalı minik avtomobili və yük avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü hadisə yerində ölüb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb, sərnişini xəsarət alıb və xəstəxanaya aparılıb. Xilasedicilər sürücünün cəsədini müvafiq qaydada nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Xətai Rayon Polis İdarəsindən isə APA-ya bildirilib ki, qəza nəticəsində dünyasını dəyişən şəxs Bakı şəhər Baş Polis İdarəsi Metropolitendə Polis Şöbəsinin rəisinin köməkçisi, polis polkovnik-leytenantı Mais Əhmədovdur.

3 saylı Şəhər Klinik xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə nəticəsində xəsarət almış 1981-ci il təvəllüdlü Leyla Quliyeva xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

saat 10.15

Bakı. Fuad Cəfərov-APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xətai rayonunda “Mercedes” markalı minik avtomobili və yük avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü hadisə yerində ölüb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb, 1 nəfər sərnişini xəsarət alıb və xəstəxanaya aparılıb. Xilasedicilər sürücünün cəsədini müvafiq qaydada nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR