Azərbaycanda ticarət gəmiçiliyinə lisenziya verilməsi qaydası müəyyənləşib

Azərbaycanda ticarət gəmiçiliyinə lisenziya verilməsi qaydası müəyyənləşib
# 21 dekabr 2012 08:25 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda ticarət gəmiçiliyinə lisenziya verilməsi qaydası dəqiqləşib. «APA-Economics»in məlumatına görə, prezident İlham Əliyevin «Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında» 2002-ci il 2 sentyabr tarixli fərmanda dəyişiklik edilməsi barədə fərmanına əsasən, ticarət gəmiçiliyi fəaliyyətinə lisenziya Dövlət Dəniz Administrasiyası tərəfindən veriləcək. Ticarət gəmiçiliyi üzrə lisenziya iki fəaliyyət – su nəqliyyatı ilə sərnişin və yük daşımaları üçün veriləcək. Hər iki halda lisenziyanın alınması üçün dövlət rüsumu 5 500 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR