Bərdədə yaşayış evi yanıb

Bərdədə yaşayış evi yanıb
# 17 dekabr 2012 07:11 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu-APA. Bərdə şəhərində yaşayış evi yanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, şəhərin Həzi Aslanov küçəsində rayon sakini Fazil Cəfərova məxsus evin bir hissəsi və əşyaları yanaraq sıradan çıxıb. Hadisə vaxtı evdə heç kim olmadığından tikilinin od tutmasından xeyli keçmiş qonşular xəbər tutublar. Dərhal ev sahiblərinə və Dövlət Yanğından Mühafizə Hissəsinin Bərdə şöbəsinə məlumat verilib. Yanğınsöndürənlər evin tamamilə yanmasının və alovun qonşu binalara keçməsinin qarşısını ala biliblər. Bərdə Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət mayoru Ramiz Abbasovun sözlərinə görə, evin tavan hissəsində 20 kv.m-lik sahə və ev əşyaları tamam yanıb. Hadisənin hansı səbəbdən baş verdiyi dəqiq məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR