AŞPA həmməruzəçisi Milli Məclisdə təmsil olunan partiyaların liderləri ilə görüşüb

AŞPA həmməruzəçisi Milli Məclisdə təmsil olunan partiyaların liderləri ilə görüşüb
# 26 noyabr 2012 13:24 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt parlamentdə təmsil olunan siyasi partiyaların liderləri ilə görüşüb.

Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafanın APA-ya verdiyi məlumata görə, görüşdə onunla yanaşı, Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini Mübariz Qurbanlı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Ümid Partiyasının sədri İqbal Ağazadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev iştirak edib.

Toplantıda “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda dəyişiklik, bu qanunda cərimələrin artırılması, mitinqlər üçün ayrılan yerlər, müxalifət partiyalarının parlamentdə tutduqları yer, o cümlədən Dağlıq Qarabağ münaqişəsi və AŞPA-nın bu məsələdə oynadığı rola dair müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR