Bakıda rus fotoqraf-rəssamın sərgisi açılacaq

Bakıda rus fotoqraf-rəssamın sərgisi açılacaq
# 12 noyabr 2012 14:44 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Bakıda Çelyabinsk fotoqraf-rəssamın sərgisi açılacaq.

APA-nın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək sərgi noyabrın 13-dən 16-dək “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Çelyabinsk vilayəti Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında” Sazişlə təsdiq olunmuş 2012-2017-ci illər üzrə Tədbirlər Planına uyğun olaraq keçiriləcək.

Muzey Mərkəzində baş tutacaq sərgidə Çelyabinskdən olan fotoqraf-rəssam Vladimir İvanoviç Boqdanovskinin «İpək yolu dostluğu» və Azərbaycan Fotoqraflar Birliyi üzvlərinin foto əsərlərindən ibarət «Uzun sürən müharibənin əks-sədası» adlı fotosərgi təşkil olunacaq.

Sərgidə V.İ.Boqdanovskinin 2011-ci ildə Azərbaycanda olarkən fotolentə aldığı Azərbaycanın tarix və mədəniyyətinə, adət və ənənələrinə, müasir inkişafına həsr olunmuş fotoşəkilləri və Azərbaycan Fotoqraflar Birliyi üzvlərinin Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş fotoları nümayiş etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR