Latviyanın baş naziri Azərbaycan Diplomatik Akademiyasında olub

Latviyanın baş naziri Azərbaycan Diplomatik Akademiyasında olub
# 29 noyabr 2012 10:10 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Bu gün Latviyanın baş naziri Valdis Dombrovskisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Diplomatik Akademiyasında olub.

APA-nın məlumatına görə, V.Dombrovskis ADA-nın yeni inşa olunmuş tədris mərkəzi ilə tanış olub. Daha sonra “Latviya, Avropa Birliyi və Azərbaycan arasında əməkdaşlıq: çətinliklər və perspektivlər” mövzusunda keçirilən dəyirmi masaya qatılıb.

Tədbirdə V.Dombrovskislə yanaşı, ADA-nın rektoru Hafiz Paşayev, Latviya XİN-in siyasi direktoru Andres Pildegoviç və ADA-nın prorektoru Fariz İsmayılzadə çıxış ediblər. İştirakçılar Azərbaycanla Latviya arasında genişlənən əməkdaşlıq, Latviyanın Avropa Birliyinə inteqrasiya üçün keçdiyi yol, təhsil mübadiləsi üzrə əməkdaşlıq proqramları və s.-i müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR