İranda bir həftəlik böyük hərbi manevr keçiriləcək

İranda bir həftəlik böyük hərbi manevr keçiriləcək
# 08 noyabr 2012 13:43 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda yeni hərbi manevr keçiriləcək. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın “Xatəmül Ənbiya” hava hücumundan müdafiə qərargahının komandanı, general pilot Fərzad İsmaili açıqlama verib.

Onun sözlərinə görə, “Vəlayət səmaları nüdafiəçiləri - 4” adlanan təlim 7 gün davam edəcək: “Manevr İranın 8 əyalətini əhatə edəcək. Yəni İranın şimal-şərqindən cənub-şərqi və cənubunadak uzanan 850 min kvadrat kilometrlik bir sahədə keçiriləcək. Təlim noyabrın 10-da başlayacaq. Hərbi manevrdə “Sepah”, “Bəsic” və başqa hərbi birliklər iştirak edəcək”.

Qeyd edək ki, hərbi manevrin məqsədi İran silahlı qüvvələrinin hava hücümundan müdafiə qabiliyyətini artırmaqdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR