Beyləqanda inzibati binada yanğın olub

Beyləqanda inzibati binada yanğın olub
# 14 iyul 2017 10:43 (UTC +04:00)

Bu gün Beyləqan rayonunda ümumi sahəsi 350 m2 olan birmərtəbəli 11 otaqlı fəaliyyət göstərməyən inzibati binanın 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 84 m2 sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR