Niderland Valkenburq bələdiyyəsinin sədri Bakıya gəlib - FOTO

Niderland Valkenburq bələdiyyəsinin sədri Bakıya gəlib - <span style="color: red;">FOTO
# 19 noyabr 2012 15:48 (UTC +04:00)

Bakı-APA. Niderland Krallığında fəaliyyət göstərən VVODA "Vahid, Bölünməz Demokratik Azərbaycan uğrunda Birlik" cəmiyyətinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Niderland Krallığı Valkenburq bələdiyyəsinin sədri Martinus Yorlinqsin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edib. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə bələdiyyə başçısı, bələdiyyələr ərazisində fəaliyyət göstərən Qaçqınlar Komitəsinin bir qrup işçisi, iş adamları və mətbuat nümayəndələri daxildir. Səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib.

Balakən Rayon İcra Hakimiyyəti başçısının I müavini Azad Balayev nümayəndə heyətini qəbul edib, iqtisadi əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunub. Sonra qonaqlar Balakən rayon Konserv zavodunda olub, zavodun iş mexanizmi ilə yaxından tanış olublar.

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov nümayəndə heyətini qəbul edib. Görüş zamanı ikitərəfli münasibətlərin inkişafı üçün atılan bu ilk addımlar müsbət qiymətləndirilib. Niderland-Azərbaycan münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub.

Qeyd edək ki, nümayəndə heyətinin səfəri noyabrın 21-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR