Ukraynada qəzaya uğramış təyyarənin “qara qutu”ları Böyük Britaniyada oxunacaq

 Ukraynada qəzaya uğramış təyyarənin “qara qutu”ları Böyük Britaniyada oxunacaq
# 22 iyul 2014 13:56 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Ukraynada qəzaya uğramış “Boeing-777”dən tapılmış “qara qutu”ların oxunması Böyük Britaniyada gerçəkləşəcək.



APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Niderlandın müvafiq komissiyaya rəhbərliyi təsdiqləndikdən sonra “qara qutu”lar Londona göndəriləcək.

Qeyd edək ki, artıq “qara qutu”lar Donetsk separatçıları tərəfindən Malayziya hökumətinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR