AGBI indeksi 1,0001, ACBDI indeksi 1,1182, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,1182, AMFBI indeksi 1,0001 təşkil edib
# 11 oktyabr 2012 06:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0135 bənd və ya 1,4% artaraq oktyabr ayının 11-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,1182 bənd və ya 11,8% artıb və 1,1182 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin artması bazar kapitallaşmasının artması ilə bağlı olub. Belə ki, oktyabrın 10-da bir not buraxılışı dövriyyədən çıxarılıb və bir buraxılış yerləşdirilib. Dövriyyədən çıxarılan buraxılışın həcmi 8 mln. manat, yerləşdirmənin həcmi isə 10 mln. manat təşkil edib.

AGBI indeksinin artması gündəlik korrektə çərçivəsində baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR