Terrorçular Ukraynada qəzaya uğramış təyyarənin sərnişinlərinə və ekipaj üzvlərinə aid sənədləri oğurlayırlar

 Terrorçular Ukraynada qəzaya uğramış təyyarənin sərnişinlərinə və ekipaj üzvlərinə aid sənədləri oğurlayırlar
# 21 iyul 2014 14:35 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Malayziyaya məsxus avialaynerin qəzaya uğradığı əraziyə nəzarət edən separatçılar xilasedicilərin işinə və cəsədlərin çıxarılmasına əngəl törədirlər.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lısenko deyib.


“Terrorçular sərnişinlərə və ekipaj üzvlərinə aid şəxsi sənədləri oğurlayırlar. Bu isə xilasedicilərin işinə əngəl törədir. Terrorçular həmçinin təyyarənin daşıdığı diplomatik poçtu ələ keçiriblər”, - deyə o bildirib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR