AMEA prezidenti: “Elm özü pul qazanmalıdır”

AMEA prezidenti: “Elm özü pul qazanmalıdır”
# 18 noyabr 2015 08:13 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Ölkədə maliyyə probleminin olması Azərbaycan Milli Elmlər Akademiyasında da hiss edilməkdədir. Bu baxımdan mən həmişə demişəm ki, alimlər, institutlar, laboratoriyalar özləri imkan tapıb qazanmalıdırlar. Yəni elm özü para, vəsait qazanmalıdır. Ələlxüsus, belə bir maliyyə çətinliyi şəraitində”.


APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə AMEA-nın Rəyasət Heyətinin iclasında deyib. O bildirib ki, tarix elmində son illər uğurlar qazanılsa da, bu sahədə görüləcək işlər, həllini tapmalı olan problemlər mövcuddur: “Son illər Tarix İnstitutu böyük işlər görüb. Məsələn, İrəvan haqqında kitab çap olunub, bir neçə dilə tərcümə edilib. Buna baxmayaraq, hesab edirəm ki, bu istiqamətdə işlər daha da genişləndirilməlidir. Məsələn, Zəngəzur, Göyçə haqqında tədqiqatlar varsa da, çox azdır”.

A. Əlizadə dilçilik, innovasiya və kimya elminin müasir problemləri, qarşıda duran elmi tədqiqatlar barədə məsələlərə də toxunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR