Xaçmazda maşın çaya aşıb, xəsarət alan var

Xaçmazda maşın çaya aşıb, xəsarət alan var
# 04 oktyabr 2015 09:16 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda yol qəzası baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Ağyaz-Alıc yolunda qeydə alınıb.

“VAZ 21011” markalı maşının çaya aşması nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR