Nigeriyada məscid yaxınlığında partlayış baş verib, 5 nəfər ölüb

Nigeriyada məscid yaxınlığında partlayış baş verib, 5 nəfər ölüb
# 05 iyul 2014 21:20 (UTC +04:00)

Bakı – APA. Nigeriyanın şimal-şərqində məscid yaxınlığında yük maşınının partladılması nəticəsində 5 nəfər ölüb, onlarla insan xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, terror aktı yerli müsəlmanların cümə namazı qılması zamanı törədilib.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR