Balakəndə bir neçə nəfər arasında mübahisə olub, bıçaqlanan var

Balakəndə bir neçə nəfər arasında mübahisə olub, bıçaqlanan var
# 26 oktyabr 2014 09:13 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Balakəndə bir qrup şəxs arasında baş verən davada iki nəfər xəsarət alıb.

Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qaysa kəndində baş verib. İlkin araşdırma zamanı məlum olub ki, rayonun Qaysa kənd sakinləri 1976-cı il təvəllüdlü Hacı Şaban oğlu Osbanovla İsmayıl Əhmədiyev həmkəndliləri Nəriman və Bəxtiyar Şahmirovlarla aralarındakı münaqişəni həll etmək üçün bir araya gəliblər. Onların mübahisəsi yenidən davaya çevrilib.

Dava zamanı Nəriman Şahmirov bıçaqlanıb, İsmayıl Əhmədiyev isə başından küt alətlə xəsarət alıb.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) bildirilib ki, hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar. Onların xəsarətləri yüngül olduğundan ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR