Gürcüstandan Azərbaycana gətirilən 10 tona yaxın meyvə geri qaytarılıb

Gürcüstandan Azərbaycana gətirilən 10 tona yaxın meyvə geri qaytarılıb
# 05 iyul 2016 16:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gürcüstandan Azərbaycana idxal olunan 9,2 ton nektarin və şaftalı geri qaytarılıb.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu gün Gürcüstandan Azərbaycana daxil olan 9,2 ton nektarin və şaftalı məhsulundan götürülən nümunələr Respublika Karantin-Ekspertiza Mərkəzinin laboratoriyalarında yoxlanılıb. Ekspertiza nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərdən "Kaliforniya qalxanlı yastıcası" (Quadraspidiotus perniciosus Comstock) aşkar edilib.

"Kaliforniya qalxanlı yastıcası" polifaq karantin obyekti olub, armud, ərik, şaftalı, gilas, albalı, gavalı, badam, heyva, zoğal, naringi və s. kimi ümumilikdə 270-ə yaxın bitki növü ilə qidalanır. Zərərvericinin respublikanın bitki örtüyü üçün təhlükəliliyini nəzərə alaraq yük ixracatçı ölkəyə geri qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR