Paytaxt və bölgələrdə seçki məntəqələrinin qarşısında “exit-poll” keçirilir - VİDEO

Paytaxt və bölgələrdə seçki məntəqələrinin qarşısında “exit-poll” keçirilir - <span style="color: red;">VİDEO
# 01 noyabr 2015 10:13 (UTC +04:00)

Parlament seçkiləri ilə əlaqədar seçki məntəqələrinin qarşısında “çıxışda səsvermə” (exit-poll) keçirilir.

APA TV-nin məlumatına görə, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və “RƏY” Monitorinq Mərkəzi müstəqil, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiə Mərkəzi “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası isə “AJF & Associates İnc.” şirkəti (ABŞ) ilə birgə “exit-poll” keçirir.

125 seçki dairəsinin əhatə edən “exit-poll” zamanı səsvermədə iştirak etmiş vətəndaşlardan məntəqəni tərk etdikdən sonra hansı namizədə səs verdiyi soruşulur. Vətəndaşların “exit-poll”da iştirakı, yəni sualları cavablandırması könüllü xarakter daşıyır.

Sorğu keçirən şirkətlər “exit-poll”un nəticələrini səsvermə başa çatdıqdan dərhal sonra açıqlayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR