QAT üzvləri Şəhidlər Xiyabanındakı bəzi problemləri Hacıbala Abutalıbovla müzakirə ediblər - FOTO

QAT üzvləri Şəhidlər Xiyabanındakı bəzi problemləri Hacıbala Abutalıbovla müzakirə ediblər - <span style="color: red;">FOTO
# 23 iyul 2015 14:53 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri Ağdam rayonunun işğal günü ilə bağlı Bakıda Şəhidlər Xiyabanını ziyarət ediblər. QAT-ın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, daha sonra Qarabağ döyüşçülərinin məzarları, “Əbədi Məşəl” abidəsi, Türk Şəhidliyi və Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun abidəsi ziyarət olunub.

Ziyarətdən sonra bir qrup QAT üzvü Şəhidlər Xiyabanından Bakı Şəhər İcra Hakimiyyətinə qədər yürüş edib. Yürüşdə məqsəd Şəhidlər Xiyabanındakı bir sıra problemləri şəhər hakimiyyətinin diqqətinə çatdırmaq olub. Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov QAT üzvlərini qəbul edib.

QAT nümayəndələri Şəhidlər Xiyabanındakı Qarabağ müharibəsi şəhidlərinin məzarlarının ağaclar arxasında gizlədilməsi, bəzi şəhid məzarlarının pis vəziyyətdə olması (baş daşlarının əyilməsi, yazıların oxunmaz hala düşməsi, sinə daşlarının çatlaması), məzarların ətrafında abadlıq işlərinin aparılmasına ehtiyac yaranması, Şəhidlər Xiyabanına gedən avtobus marşrutlarının olmaması və şəhərdə Qarabağla bağlı lövhələrin (plakatlar, videoçarxların) olmamasını H. Abutalıbovun diqqətinə çatdırıblar.

İcra başçısı sadalanan problemlərin bir neçəsi ilə bağlı dərhal tapşırıqlarını verib. Tapşırıqların icrası üçün isə avqustun 15-nə qədər vaxt müəyyənləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR