Lənkəranda baş verən yol qəzasında iki nəfər xəsarət alıb - VİDEO

Lənkəranda baş verən yol qəzasında iki nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 12 yanvar 2014 20:39 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 12-də saat 15.30 radələrində Lənkəran-Boradigah şose yolunun rayonun Separadi kəndindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayon Zövlə kənd sakini, 1962-ci il təvəllüdlü Böyükağa Möhübbət oğlu Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı, 90 BL 147 dövlət nömrə nişanlı minik avtomobil qarşı tərəfdən gələn, həmkəndlisi, 1968-ci il təvəllüdlü İldırım Mail oğlu Həsənovun idarə etdiyi “Mercedes-Benz” markalı, 42 BO 329 dövlət nömrə nişanlı minik avtomobilinin yoluna çıxaraq onunla toqquşub. Güclü zərbə nəticəsində hər iki avtomobil ciddi zədələnib. “VAZ-2107”-nin sürücüsü yüngül xəsarət alıb.

“Mercedes”in sürücüsü isə müxtəlif dərəcəli xəsarət alıb və Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Şahidlərin sözlərinə görə, “VAZ-2107” markalı avtomobilin qarşısına qəfildən ZİL markalı yük maşının çıxdığından sürücü avtomaşını qaçırmaq istəyərkən qarşıdan gələn “Mercedes”lə toqquşub.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR