Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər - FOTOSESSİYA - VİDEO

Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 18 iyun 2014 11:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. “Azərbaycan və Rusiya arasında əlaqələr strateji xarakter daşıyır. İqtisadi əlaqələrimiz sürətlə inikşaf edir”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

E. Məmmədyarov bildirib ki, görüşdə əməkdaşlığın daha da dərinləşdirilməsi yolları müzakirə olunub. O, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin də müzakirə olunduğunu söyləyib: “Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir. Mövcud status-kvo qəbuledilməzdir və məsələni ölü nöqtədən tərpətmək yolları müzakirə olundu”.

E. Məmmədyarov qeyd edib ki, ölkələr arasında parlament diplomatiyası da mühümdür, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Rusiyada səfərdə olub, Rusiya parlamentarları yaxın vaxtlarda Azərbaycana səfər edəcəklər.

E. Məmmədyarov görüşdə Yaxın Şərq və Ukraynada baş verənlərin də müzakirə olunduğunu, S. Lavrovun Ukrayna ilə bağlı Rusiyanın mövqeyini çatdırdığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR