Bakı. Hafiz Heydərov - APA. Bakıda üç yük maşını yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Yolun kənarında bir-birinə yaxın məsafədə dayanan "KamAZ" və "Scnia" markalı yük avtomobillərinin kabinə hissələri, bundan başqa, "Kamaz" markalı yük avtomobillinin arxa hissəsinin plastik üzlüyü 3 kv. m sahədə yanıb.
Avtomobillərin qalan hissələri yanğından mühafizə olunub.